Fransada vəziyyət GƏRGİNLƏŞİR: Paytaxta ordu yeridildi

Fransa hökumətinin geri addım atmasına baxmayaraq, “sarı jiletlilər” sabah ən böyük etiraz aksiyasının keçirilməsinə hazırlaşır.
ONN media Axar.az-a istinadən xəbər verir ki, hadisələrin nəzarətdən çıxmasından qorxan hökumət ordunu paytaxt Parisə yeridib.
Qeyd edək ki, bir neçə gündür ki, “Sarı jiletlilər” adlı hərəkat üzvləri yanacaq qiymətinin artımına və bunun fonunda iqtisadi vəziyyətin pisləşməsinə etiraz edir.