Türkiyədə ağır yol qəzası — 1 ölü, 30 yaralı

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Xəbərə əsasən, hadisə Diyarbakır-Mardin magistralında baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 4-ü ağır olmaqla 30 sərnişin yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.