SON DƏQİQƏ: Polis rəisi iş otağında öldürüldü

Türkiyənin Rize şəhər Polis İdarəsinin rəisi Altuğ Verdi qətlə yetirilib.
ONN media xəbər verir ki, polis rəisi digər bir polis məmuru tərəfindən odlu silahla vurulub. Silahlı hücum zamanı daha 3 polis yaralanıb.
Hadisə bu gün saat 4 radələrində baş verib. Hücumun Dərəbazarı polis idarəsinin yol polisi İsmayıl Haqqı Saraçoğlu tərəfindən təşkil edildiyi məlum olub. 14 ildir polis işləyən cinayətkar da hadisə zamanı xəsarət alıb.(publika.az)