Paytax yaxınlığında PARTLAYIŞ - 12 ÖLÜ

Əfqanıstanın paytaxtı Kabil yaxınlığında partlayış törədilib.
ONN media xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.
Həlak olanlardan 4-ü hərbçi olub. Qeyd olunur ki, hücumun hədəfi hərbçiləri aparan avtomobil olub.
Partlayışla bağlı məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.