Kilsədə silahlı insident - Ölənlər və yaralananlar var

Kilsədə silahlı insident - Ölənlər və yaralananlar var


Çərşənbə axşamı Braziliyanın San-Pauluştatında yerləşən kilsələrdən birində silahlı insident baş verib.

ONN media xəbər verir ki, bu barədə "təcili yardım"a istinadən "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs kilsəyə girərək odlu silahdan insanlara atəş açmağa başlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4-ü isə yaralanıb. Cani sonda özünü öldürüb.

Hadisə San-Paulu şəhəri yaxınlığında yerləşən Kampinas şəhərində baş verib.

 

Geri qayıt