Avropa ölkəsi 14 ədəd F-16 alır: 1,58 milyardlıq müqavilə

Avropa ölkəsi 14 ədəd F-16 alır: 1,58 milyardlıq müqavilə


14 ədəd ABŞ istehsalı F-16 təyyarəsi alacağıq.

ONN media xəbər verir ki, bu sözləri Slovakiya Baş naziri Peter Pelleqrini bildirib.

Qeyd edilir ki, Bratislavada bu ölkənin Müdafiə naziri Piter Qajdosla "Luked Martin" şirkətinin nümayəndəsi Ana Vuqovski arasında hərbi müqavilə imzalanıb. Razılaşmanın dəyəri 1,58 milyard avro dəyərindədir.

Təyyarələr Slovakiyaya təhvil verildikdən sonra ordu tamamilə NATO və AB standartlarına uyğun olacaq.

Geri qayıt