Ona bənzəmək istəyərkən həyatının ŞOKUNU YAŞADI

Alman gözəllik vloggeri Naomi Con İngiltərə kral ailəsinin gəlini Meghan Marklın çillərini ortaya çıxaran toy makyajından sonra çil trendini tez-tez izləyiciləri ilə bölüşür.
ONN media metbuat.az -a istinadla bildirir ki, daha çox keçici boyalardan istifadə edən Naomi çil yaratmaq üçün bu dəfə xınadan istifadə edib və ortaya qəribə bir görüntü çıxıb.
592 mindən çox izləyici olan vlogger daha uzun müddətli nəticə əldə edə bilmək üçün xınadan istifadə edib.
Burnunu, yanaqlarını, alnını, hətta göz qapaqlarını belə xına ilə boyayan Naomi xınanın dərisinə zərər verdiyini bildirib. Bu zaman xına qırmızı ləkələr halına gəlməyə başlayıb. Xınanı nəm salfetlə silməyə çalışsa da bir faydası olmayıb.