Paşinyandan Qarabağla bağlı bəyanat
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim üçün əsas prioritet olaraq qalır.
ONN media Ölkə.az -a istinadən bildirir ki, bu barədə özünün “Twitter” səhifəsində Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yazıb.
“Biz bölgədə sülh və təhlükəsizlik naminə sülh prosesini davam etdirəcəyik. Münaqişənin həlli bütün tərəflərin gerçək səylərini tələb edəcək”, - deyə o vurğulayıb.
