Nazir Rayan Zinke istefa verdi

Nazir Rayan Zinke istefa verdi


ABŞ-ın daxili işlər naziri Rayan Zinke istefa verib.

ONN media xəbər verir ki, bu barədə Donald Tramp Tvitterdə yazıb: “Rayan fəaliyyəti müddətində böyük işlər görüb və millətimizə xidmətinə görə ona təşəkkür etmək istəyirəm”. 

Tramp onun yerinə gələcək namizədin adını gələn həftə açıqlayacağını bildirib.

Qeyd edək ki, Zinke ilin sonunda postundan gedəcək.(qafqazinfo.az)

Geri qayıt