Suriyada bazarda partlayış — 5 ölü

Suriyada bazarda partlayış — 5 ölü


Suriyanın Afrin şəhərində partlayış baş verib.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, şəhərinin mərkəzindəki bazarda minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfərdən çox yaralı var.

Terror hücumuna görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt