5.6 bal gücündə zəlzələ oldu

Avstraliyada 5.6 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, zəlzələ Qərbi Avtsraliya ştatında olub.
Hadisə yerli vaxtla saat 14:26-da qeydə alınıb. Zəlzələnin episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.