Həştərxan qubernatoru vəzifəsinin icraçısı Bakıya gəlir

Həştərxan qubernatoru vəzifəsinin icraçısı Bakıya gəlir


Rusiyanın Həştərxan vilayətinin qubernatorunun vəzifələrini müvəqqəti icra edən Sergey Morozv bu gün Bakıya səfər edəcək.

ONN media xəbər verir ki, iki günlük səfər (18 və 19 dekabr) çərçivəsində ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında danışıqlar və sazişlərin imzalanması planlaşdırılır..

Həmçinin, Həştərxan və Bakı arasında aviareyslərin bərpa olunacağı da istisna olunmur. Tərəflər turizm və təhsil sahəsində əməkdaşlıq, sərmayə imkanlarını da müzakirə edəcəklər.

Geri qayıt