Gecə klubunda atışma: yaralılar var

ONN media xəbər verir ki, Türkiyədə gecə klublarının birində atışma olub.
Gecə yerli vaxtla 03:30 radələrində müştərilərdən biri ilə klubun mühafizəçiləri arasında mübahisə baş verib.
Klubdan ayrılan müştəri yarım saat sonra bir neçə nəfərlə geri qayıdıb. Silahlı şəxslərin klubu atəşə tutması nəticəsində 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədənlər axtarılır.