Çavuşoğludan sərt sözlər- "Soyuqqanlı qatil"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsrailin Baş naziri Benyamin Netanyahunun türk ordusu haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
ONN media Axar.az-a istinadla xəbər verir ki, Çavuşoğlu Netanyahunun fələstinlilərin qətlində ən böyük günahkar olduğunu söyləyib.
“Netanyahu müasir dövrün soyuqqanlı qatili, minlərlə məsum fələstinlinin qətlə yetirilməsinin əsas günahkarıdır”, - Çavuşoğlu bildirib.