Neslihan açıqladı: “Hələ zamanı deyil”

Aktrisa Neslihan Atagül ötən gün kameraların hədəfinə tuş gəlib.
ONN media axşam.az -a istinadən xəbər verir ki, aktrisa ona verilən sualları cavablandırıb:
“Övladımız ola bilər. İş və ya analıq arasında seçim etmək istəmirəm. İkisi də vacibdir. Amma hələ uşaq dünyaya gətirməyin zamanı deyil”.
Yeni layihələrindən danışan Atagül fərqli obrazlar canlandırmaq istədiyini deyib:
“Daha əvvəl çəkilən “Batman” filmindəki “Joker” obrazı kimi bir rol oynamaq istəyərəm”.