Rusiyalı terrorçu SAXLANILDI

Rusiyalı terrorçu SAXLANILDI


Türkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.

ONN media xəbər verir ki, saxlanılan şəxs Çeçenistan sakinidir.

Adı açıqlanmayan terrorçunun “Həyat Təhrir əş-Şam” terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.

Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.

Geri qayıt