İŞİD-in idarəetmə qabiliyyəti sıfıra endirildi
Suriyada İŞİD terrorçularına qarşı əməliyyatlar davam etdirilir.
ONN media axar.az -a istinadən xəbər verir ki, bu barədə ABŞ koalisiyasının açıqlamasında deyilib.
Bildirilib ki, 16-22 dekabr tarixlərində Fərat vadisində İŞİD mövqelərinə hava zərbələri endirilib:
“Bu koordinasiyalı əməliyyatlar nəticəsində baza mərkəzləri məhv edildi. Bununla İŞİD-in terrorçuları idarəetmə qabiliyyəti sıfıra endirildi. Həmçinin yüzlərlə İŞİD terrorçusu öldürüldü”.
