Universitet ərazisində partlayış olub
Çində Pekin Nəqliyyat Universitetinin ərazisində partlayış baş verib.
ONN media xəbər verir ki, partlayış universitetin kampusu ərazisində tələbə laboratoriyasının ikinci binasında olub.
Xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Partlayışın ardınca binada yanğın baş verib. Hadisənin səbəbləri məlum deyil.
