Ermənistanda daha bir etiraz aksiyası keçirilib

Ermənistanın paytaxtı Yerevan şəhərindəki hökumət binasının qarşısında nəqliyyat şirkətlərinin vergi islahatına qarşı etiraz aksiyası keçirilir.
ONN media Ermənistan KİV-inə istinadən xəbər verir ki, nəqliyyat və informasiya texnologiyaları naziri əvəzi Haqop Arşakyan etirazçıları masa arxasında vəziyyəti müzakirə edərək çıxış yolu axtarmağa çağırıb.
Etirazçılar 1-2 həftə ərzində tələbləri qəbul edilməsə, yolları bağlamaq da daxil olmaqla daha təsirli etiraz üsullarına əl atacaqlarını bildiriblər.