Zavodda PARTLAYIŞ OLDU

Zavodda PARTLAYIŞ OLDU

Nyu-Yorkda transformator partlayıb.

ONN media "Report"-a istinadən xəbər verir ki, hadisə Kuins ərazisində, "Consolidated Edison" şirkətinin zavodunda baş verib.

Şəhərin polisi "Twitter"dəki səhifəsində bildirib ki, şəhərdəki göy tüstü dumanı transformatorun partlayışından sonra yaranıb. Hüquq-mühafizə orqanları yanğının nəzarət altında olduğunu, əlavə məlumat veriləcəyini qeyd ediblər. Hələlik zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

NBC teleşirkəti sakinlərin şəhər üzərindəki mavi işığın fotolarını sosial şəbəkələrdə paylaşdıqlarını xəbər verib. 

Bir neçə ay əvvəl Nyu-Yorkda bıçaqla silahlanmış qadın uşaq bağçasına hücum edib.

Geri qayıt