İtaliyada partlayış baş verib, 4 nəfər yaralanıb

İtaliyada partlayış baş verib, 4 nəfər yaralanıb


İtaliyanın Turin şəhərində bombanın partlaması nəticəsində 4 nəfər yaralanıb.

ONN media bildirir ki, partlayış şəhərin kənar rayonlarının birində baş verib. Əldəqayırma bomba zibil qutularının birində yerləşdirilibmiş.

Partlayış nəticəsində iki mərakeşli və iki italiyalı yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış zamanı 12 oxşar partlayıcı qurğu və patron aşkarlayıblar. Hazırda polis partlayıcı qurğu hazırlayanların axtarışı ilə məşğuldur.

Geri qayıt