Əfqanıstanda 15 İŞİD silahlısı öldürüldü

Əfqanıstanda 15 İŞİD silahlısı öldürüldü


Əfqanıstanda İŞİD qruplaşmasının azı 15 silahlısı məhv edilib.

ONN media virtualaz.org-a istinadən xəbər verir ki, atışma ölkənin şərqindəki Kunar vilayətində baş verib. Silahlılar təhlükəsizlik postlarına bazar günü axşam hücum ediblər. Döyüşdə, həmçinin 3 polis əməkdaşı həlak olub, 13-ü yaralanıb. Güc strukturları ilə toqquşma zamanı daha 20 silahlının yaralandığı və atışmanın hələ də davam etdiyi bildirilir.

Xatırladaq ki, son vaxtlar Əfqanıstanda vəziyyət xeyli pisləşib. Bəzi kənd rayonlarında üstünlüyə yiyələnən "Taliban" hərəkatının döyüşçüləri böyük şəhərlər istiqamətində hücumlara başlayıb. Ölkə ərazisində İŞİD terror qruplaşması da aktiv fəaliyyət göstərir.

Geri qayıt