Yarımadada 8 terrorçu məhv edildi

Misirin Sinay yarımadasının şimalında yerləşən Al-Ariş şəhərində Misirin hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı zamanı səkkiz terrorçu məhv edilib.
ONN media Axar.az-a istinadən xəbər verir ki, atışma zamanı məhv edilmiş terrorçular Sinayın şimalında bir sıra terror aktlarının iştirakçısı olublar.
Müəyyən edilib ki, həmin silahlılar Al-Ariş şəhərindəki kimsəsiz ərazilərin birində silahsız istifadə etmək, partladıcı qurğular düzəltmək və əldəqayırma bombaların yerləşdirilməsi üsullarını öyrəniblər.
Al-Ariş şəhərinin Al-Risa rayonunda terrorçuların sığınacağında 5 ədəd avtomatik silah, 2 əldəqayırma bomba və külli miqdarda döyüş sursatı aşkar edilib.