Miqrantların qayığı batdı: 7 ölü

Miqrantların qayığı batdı: 7 ölü


İspaniyanın Lansarote adasına keçmək istəyən miqrantların qayığı batıb.

ONN media Trend-ə istinadən bildirir ki, qayığın batması nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə sahilə çata bilib. İki nəfərin vəziyyəti ağır olduğundan onlara tibbi yardım göstərilir.

Məlumata əsasən, 5 miqrantın cəsədi qayıqda, biri dənizdə aşkar edilib. Digər miqrantın ölüm səbəbləri açıqlanmır.

Geri qayıt