Səudiyyə Ərəbistanında 35 il ərzində ilk film göstərilib

Səudiyyə Ərəbistanında 35 il ərzində ilk film göstərilib


Səudiyyə Ərəbistanında son 35 il ərzində geniş ekranda göstərilmiş ilk kinofilm Amerikanın "Emozi film" animasiya filmi olub.

ONN media Trend-ə istinadən bildirir ki, müvəqqəti kinoteatrın tamaşaçıları yalnız kinoya baxmaq deyil, həm də popkorn ala biliblər.

Qeyd edək ki, 1980-ci illərin əvvələrində Səudiyyə Ərəbistanında kinoteatrlara qadağa qoyulub. Bu ölkənin vətəndaşları qonşu Bəhreyndə kinoteatrlara gedirdilər. Lakin yaxınlarda Audiovizual Media üzrə Baş Komissiya kinoteatrlara lisenziya verməyə başlayıb. Qadağadan sonra ilk kinoteatrlar 2018-ci ilin mart ayında açılacaq.

Geri qayıt