Ermənistanda nazir istefa verdi

Ermənistanda nazir istefa verdi


Ermənistanın infrastruktur və təbii resurslar naziri Aşot Manukyan istefa verib.

ONN media “news.am”-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vasak Tarpoşyan xəbəri təsdiqləyib.

“Nazir hazırda işləməyə davam edir, lakin istefanın səbəbləri hələlik məlum deyil”, - deyə o bildirib.

Aşot Manukyan 2016-cı ildən bu postu tuturdu.

Geri qayıt