Erməni yalanının ifşası Pakistan mətbuatında

ONN media xəbər verir ki, “Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılovun erməni tarixşünaslığının şah damarını kəsən əsəri, “erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı haqda Pakistan Respublikasının nifuzlu mətbu orqanı olan "Rajpoot Express Islamabad" dərgisində tanınmış jurnalist Raja Majid Javed Bhatti Pakistan içtimaiyyətinə geniş məlumat verib.

Xatırladak ki, müəllif kitabda kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.