ONN İnformasiya Agentliyi

Psixlər, narkomanlar və əyyaşlar da hərbi xidmətə çağırılacaq

Psixlər, narkomanlar və əyyaşlar da hərbi xidmətə çağırılacaq
14 Noyabr 2017 - 0:44
ABŞ ordusu psixi problemləri olan, narkotik maddə və alkoqol aludəçiləri olan gəncləri hərbi xidmətə qəbul edəcək.
ONN media xəbər verir ki, bu barədə “Today” nəşri yazır.
Amerika ordusu terrorla mübarizəni genişləndirmək məqsədilə ordu sıralarına qəbul edilən hərbçilərə seçim qoymayacağını açıqlayıb. Hazırda ABŞ prezidenti Donald Trampın əmri ilə 2018-ci ilin sentyabr ayına qədər Amerika ordusunda terrorla mübarizə üçün ayrılan komandaya 80 min yeni əsgərin qəbul ediləcəyi gözlənilir.
Trampın terrorla mübarizəni genişləndirmək məsələsini diqqətə çatdıraraq, hərbi xidmət haqqında əsasnamədə dəyişiklik edib. ABŞ silahlı qüvvələrinə daha əvvəl sınaqlardan kəsilmiş gənclər, sağlamlığında problem olan vətəndaşlar belə qatıla bilər. Könüllü şəkildə xidmətə qoşulan şəxslərə pul mükafatı veriləcəyi bildirilib.
Psixi problemləri olan şəxslərin hərbi xidmətə qəbul edilməsi və silahla təchiz edilməsi qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əhali bunu dəhşətli səhv adlandırır.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png