ONN İnformasiya Agentliyi

Putin Ərdoğandan yardım istədi

Putin Ərdoğandan yardım istədi
06 Avqust 2022 - 8:30

Rusiya hakimiyyəti bank, enerji və sənaye sektorlarında sanksiyaların qarşısını almaq üçün Türkiyəyə müraciət edib.

ONN media xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ukrayna kəşfiyyatının dinləmələrinə istinadən yazıb.

Məlumata əsasən, Rusiya Türkiyənin neft emalı zavodları, neft terminalları və su anbarlarında pay almaq üçün icazə istəyir. Çünki Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar gələn il tam qüvvəyə minəcək. Bu zaman isə neft satışı zamanı onun mənbəyini gizlətmək lazım gələcək.

Həmçinin, Rusiya bir neçə türk bankının Rusiya maliyyə qurumları üçün hesab açmasını və sənaye istehsalçılarının Türkiyənin azad iqtisadi zonalarında fəaliyyət göstərməsinə icazə verməsini də istəyir.

Türkiyənin bu razılaşmalarla bağlı mövqeyinə gəldikdə, nəşr yazır ki, ölkənin Rusiyanı dəstəkləyəcəyinə hələ ki, heç bir əlamət görmür. Ona görə ki, bu, ölkənin öz bank və şirkətlərini ikinci dərəcəli sanksiyalara məruz qoya bilər. Beləliklə onların Qərb bazarlarına çıxışı tam əngəllənər.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin bu gün Soçidə görüşü baş tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png