Putin Azərbaycanla bağlı bu ideyanı dəstəklədi

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmir yolunun bərpası ideyasını dəstəkləyib.

ONN media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Rusiya prezidenti ilə danışıqlar zamanı müəyyən siqnallar aldıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi imkan ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Arazdəyən yolundan gedir”, – Paşinyan bildirib.

Erməni baş nazir beynəlxalq tərəfdaşların bu layihəyə böyük maraq göstərəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçriilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında ikitərəfli görüş olub