Putin bu ölkələrlə bağlı mesaj verdi

“Rusiyanın əsas tərəfdaşları Afrika, Asiya və Latın Amerikası ölkələridir”.

ONN media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Ordu-2022” forumunda deyib.

“Biz çox yüksək qiymətləndiririk ki, ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri var – bunlar “hegemon” adlandırılan ölkələrə boyun əyməyən ölkələrdir. Rusiya Latın Amerikası, Afrika və Asiya ölkələri ilə münasibətlərini səmimiyyətlə qiymətləndirir. ”, – Rusiya lideri bildirib.

V.Putinin sözlərinə görə, Rusiya daim inkişaf edən çoxqütblü dünya şəraitində xüsusi əhəmiyyət kəsb edən hərbi-texniki əməkdaşlığın hərtərəfli inkişafının tərəfdarıdır.

Dövlət başçısı çıxışında Rusiya silahlarının Qərb texnikasından xeyli üstün olduğunu da vurğulayıb:

“Perspektivli rus silahlarının bir çox modeli xarici “həmkarlarını” onilliklər qabaqlayır və performans baxımından onları xeyli üstələyir. Söhbət yüksək dəqiqlikli silahlar və robot texnikasından, yeni fiziki prinsiplərə əsaslanan döyüş sistemlərindən gedir”