ONN İnformasiya Agentliyi

Putin bu təyinatla nəyin anonsunu verdi?

Putin bu təyinatla nəyin anonsunu verdi?
12 Yanvar 2023 - 9:29

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı hərbi əməliyyatlara komandan təyin edilməsi, Sergey Surovikinin bu vəzifədən uzaqlaşdırması səbəbsiz deyil. Bu, Kremlin böyük hücuma hazırlaşdığını göstərə bilər.

ONN media xəbər verir ki, bu açıqlama ilə britaniyalı politoloq Mark Qaleotti çıxış edib.

Qaleotti hesab edir ki, bu qərarla həm Surovikin, həm də Gerasimov cəzalandırılıb: “Gerasimov Putinin Ukrayna ilə bağlı “möhtəşəm” planlarına haqq qazandırmasa, o zaman sadəcə sıradan çıxarılacaq”.

Ekspertin sözlərinə görə, Putinin yəqin ki, hələ də yeni ciddi hücum zamanı həyata keçirməyi planlaşdırdığı çoxlu “qeyri-real ideyaları” var:

“Yeni təyinat ciddi hücumların gəldiyinin təsdiqidir. İstənilən halda Putin ordusunun bütün gələcək uğursuzluqlarını Gerasimovun üzərinə yıxmaq mümkün olacaq”.

Xatırladaq ki, Surovikin üç aydan bir qədər çox müddətə Ukraynadakı əməliyyatlara komandanlıq edib. Onun gəlişi Ukraynanın enerji sisteminə ilk raket hücumları ilə yadda qalıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dünəndən Ukraynada Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. Aerokosmik Qüvvələrin komandanı, ordu generalı Sergey Surovikin də daxil olmaqla, Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin ediliblər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png