ONN İnformasiya Agentliyi

Putin İqnatyevi vəzifəsindən azad etdi – BU VİDEOSU YAYILMIŞDI…

Putin İqnatyevi vəzifəsindən azad etdi – BU VİDEOSU YAYILMIŞDI…
29 Yanvar 2020 - 20:51

Rusiya Prezidenti Vladimir Putin Çuvaşiya Respublikasının rəhbəri Mixail İqnatyevi etimadın itirilməsi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırıb.

ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir. Putinin digər sərəncamı ilə Dövlət Dumasının deputatı Oleq Nikolayev müvəqqəti olaraq Çuvaşiyanın rəhbəri təyin olunub. O, bu postu yeni rəhbər seçilənədək tutacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl İqnatyevin qalmaqallı videosu yayılmışdı. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yanğınsöndürən maşınların açarlarını təhvil verərkən zabitlərdən biri ilə ələ salırmış kimi zarafatlaşmışdı. O, açarı yuxarı tutaraq zabitin onu hoppanaraq götürməsini istəmişdi. Çuvaşiya rəhbərinin aparatında bu hadisəni “açarla zarafat” adlandırmışdılar.

İddialara görə, İqnatyevin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi də elə həmin videodur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png