Putin paradda çıxış etdi

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qırmızı Meydanda İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda çıxış edib.

ONN media xəbər verir ki, gərgin təhlükəsizlik tədbirləri altında keçirilən tədbirdə Putin bildirib:

“Ölkəmizə qarşı əsl müharibə gedir. Ukrayna xalqı dövlət çevrilişinin və qərbin məqsədlərinin əsiri oldu. Biz dinc gələcək görmək istəyirik. Qərb elitaları Rusiyaya qarşı nifrət və düşmənçilik yayır. Məqsədləri ölkəmizi məhv etməkdir. Biz faşist Almaniyası üzərində qələbədə Sovet İttifaqı xalqının oynadığı rolu xatırlayırıq. Biz İkinci Dünya Müharibəsində ABŞ, Böyük Britaniya və Çinin oynadığı rolları xatırlayırıq. Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edənlərlə də fəxr edirik. Bütün ölkə qəhrəmanlarımızı dəstəkləmək üçün bir araya gəldi, sizin üçün dua edirik”.