Putin Sarkisyana 100 milyon dollar ayırır

Rusiyanın Ermənistana ayırdığı 100 milyon dollarlıq kredit sazişini Ermənistan parlamenti təsdiqləyib.

ONN media a24.az-a istinadən istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, kredit sazişinin ümumi dəyəri 100 milyon dollardan artıqdır.

O həmçinin vurğulayıb ki, saziş çərçivəsində Ermənistana yeni hərbi məhsullar tədarük ediləcək.