Putin Türkiyəyə gedir- QÜDS MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ

Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyəyə səfər edəcək.

ONNmedia-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezident administrasiyasının yaydığı xəbərdə deyilir.

Bildirilir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək. Səfər zaman iki ölkə arasında münasibətlər, Qüds məsələsi, Suriyada vəziyyət və digər regional və beynəlxalq məsələlər müzakirə edəcək.