Putin və Ərdoğan telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.