Putin və Mirziyoyev nəyi müzakirə etdi?

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər aktual məsələləri müzakirə ediblər. Müzakirə zamanı Putin Rusiyanın Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Qaraqalpaqıstanda Özbəkistanda təklif olunan konstitusiya dəyişikliklərinə etiraz olaraq aksiyalar keçirilib. Aksiya daha sonra iğtişaşlara çevrilib. Nəticədə 18 nəfər həlak olub.