ONN MEDİA

Putin və Zelenski telefonda danışdılar – SON DƏQİQƏ

Putin və Zelenski telefonda danışdılar – SON DƏQİQƏ
11 İyul 2019 - 21:12

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

O, təşəbbüsün Ukrayna tərəfindən gəldiyini və telefon söhbətinin bu ölkənin yeni dövlət başçısı ilə ilk təmas olduğunu bildirib.

“Söhbət zamanı Ukraynanın cənub-şərqindəki münaqişənin həlli, hər iki tərəfdə saxlanılan şəxslərin qaytarılması üçün qarşılıqlı addımlar müzakirə olunub”, – deyə Kremldən qeyd olunub.

Tərəflər Normandiya formatında təmasların davam etdirilməsi imkanlarına dair də fikir mübadiləsi aparıblar.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP