Putin “vaqneritlər”ə ŞANS VERDİ: Priqojinin yeni planı var

“Vaqner”in lideri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin ona olan etimadını geri qaytarmaq üçün yeni plan üzərində işləyir. “Putinin aşpazı” Baxmutda cinahları gücləndirmək üçün muzdlulardan ibarət üç briqada hazırlayır.

ONN media xəbər verir ki, analitiklərin fikrincə rus ordusunun qış ayları ərzində qarşıya qoyulmuş vəzifələri yerinə yetirə bilməməsi nəticəsində Putin yenidən Priqojinə şans verib. Hazırda “vaqneritlər” əlavə qüvvələr, döyüş sursatları toplayıb güclənirlər. Öz növbəsində Priqojin də Rusiya hava-desant qoşunlarının “vaqneritlər”lə birgə işlədiyini təsdiq edib.

Bu yaxınlarda “Gulagu.net” təşkilatı “vaqneritlə”rlə apardığı söhbəti dərc edib. Etiraflar zamanı məlum olub ki, Priqojinin muzdluları Ukraynada həm hərbi qulluqçuların, həm də mülki ukraynalıların, o cümlədən uşaqların edam və qətllərini təşkil ediblər.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, muzdluların etirafları araşdırılmaqla bərabər bu araşdırmaya xarici hüquq-mühafizə orqanlarının əməkdaşları da qoşulacaq.