ONN İnformasiya Agentliyi

Putin xaç mərasimində suya girdi

Putin xaç  mərasimində suya girdi
19 Yanvar 2018 - 8:40

Rusiya prezidenti Vladimir Putin yanvarın 18-də Tver vilayətində Nilo-Stolobenskaya monastırını ziyarət edib. Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı suya baş vurub.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Putin Xaç suyuna salma bayramı münasibəti ilə liturgiyada olub, həmçinin Seliqer gölündə xaçaçuran çimməsində iştirak edib", – deyə Peskov bildirib.

Onun sözlərinə görə, mərasim zamanı gölün olduğu ərazidə havanın temperaturu 6-7 dərəcədən aşağı olmayıb. Peskov həmçinin əlavə edib ki, bu prezidentin ilk xaçaçuran çimməsi deyil.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png