Putindən seçki açıqlaması: Prezident olmasam… – Video

Rusiya Prezidenti Vladimir Putin “Rostselmaş” firmasının yeni kombaynlarını sınaqdan keçirib.

ONN media Avropa.info-ya istinadən xəbər verir ki, Putin kənd təsərrüfatı avadanlıqları fabrikinə baş çəkib.

Kombaynların iş prinsipi ilə tanış olan prezident “Əgər martn 18-də prezident seçilməsəm, kombayn sürəcəm”, – deyə zarafat edib.

Qeyd edək ki, bu ilin mart ayının 18-də Rusiyada prezident seçkiləri keçiriləcək.