Putindən Zelenskinin görüş təklifinə CAVAB

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin Minskdə altı tərəfli görüş təklifinə münasibət bildirib.

ONN media xəbər verir ki, Putin Rusiyanın Fransa və Almaniyanın da iştirak edəcəyi heç bir görüş formatından imtina etməyəcəyini qeyd edib.

“Görüş ilk növbədə yaxşı təşkil olunmalıdır. İkincisi, Ukraynada Ali Radaya seçkilər keçirilməli və hökumətin yeni tərkibi təsdiq olunmalıdır. Üçüncüsü isə, digər ölkələrin bu dəvətə necə reaksiya verəcəklərini bilmirəm”, – deyə Rusiya dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Vladimir Zelenski iyulun 8-də feysbuk hesabında videomüraciətində Rusiya Prezidentinə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın vasitəçiliyi ilə Minskdə görüşməyi təklif edib:

“Rusiya Prezidenti Vladimir Putinə müraciət etmək istəyirəm. Danışmaq lazımdır? Lazımdır! Gəlin Krımın kimin olduğunu və Donbassda kimin olmamalı olduğunu müzakirə edək. Danışıqlarda Siz, Mən, ABŞ Prezidenti Donald Tramp, böyük Britaniyanın Baş Naziri Tereza Mey, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron iştirak etsin. Düşünürəm ki, Aleksandr Qriqoryeviç Lukaşenko bizi böyük məmnuniyyətlə Minskdə qəbul edə bilər. Diplomatik formatları dəyişdirməyəcəyik və ondan imtina etməyəcəyik. Biz danışmağı təklif edirik”.(qafqazinfo.az)