ONN İnformasiya Agentliyi

Putindən qadınlar və uşaqlarla bağlı maraqlı qərar

Putindən qadınlar və uşaqlarla bağlı maraqlı qərar
14 Yanvar 2023 - 8:33

Rusiya Prezidenti Vladimir Putin qadınlara, uşaqlara və qeyri-zorakı cinayətlərdə şübhəli bilinənlərə qandaldan istifadəni qadağan edib.

Putinin bununla bağlı əmri Kremlin saytında dərc olunub.

“Qadınlara, yetkinlik yaşına çatmayanlara, habelə zorakılıqla bağlı olmayan cinayətlər törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə qarşı xüsusi “Ajur” (müxtəlif materiallardan naxışlı, qəfəsli ornamentli və ya naxışlı hücrələr – red.) hərəkətini məhdudlaşdıran vasitələrdən istifadənin qarşısının alınması üçün tədbirlər görülsün”, – deyə məlumatda bildirilir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətə əmr verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png