Putinin ənənəvi böyük mətbuat konfransı keçiriləcək- BİR AZDAN BAŞLAYIR

Bu gün Putinin ənənəvi böyük mətbuat konfransı keçiriləcək.

ONN media xəbər verir ki, mətbuat konfransı bir azdan başlayacaq.

Mətbuat konfransı “Rossiya-1”, “Rossiya-24”, “1 kanal”, o cümlədən “Mayak”, “Vesti FM” və “Radio Rossiya” radiolarında birbaşa yayımlanacaq.

Bu dəfə keçiriləcək mətbuat konfransında Putin seçkidən, Olimpiadadan, dünyada, ölkədə baş verən proseslərdən və şəxsi həyatından danışacaq.

Bu gün keçiriləcək mətbuat konfransında iştirak etmək üçün 1640 yerli və xarici jurnalist qeydiyyatdan keçib.

Putin 2001-ci ildən etibarən belə bir ənənəvi mətbuat konfransı keçirir. Ən uzun mətbuat konfransı 2008-ci ildə qeydə alınıb və həmin mətbuat konfransı 4 saat 40 dəqiqə davam edib.