Putinlə Ərdoğanın Azərbaycan-Ermənistan danışıqları nəticə verdi – RƏSMİ

“Təhdid haradan gəlirsə-gəlsin, Türkiyə sonuna qədər Azərbaycanın yanında olacaq”.

Bu sözləri Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın deyib.

Qatıldığı televiziya proqramında gündəmlə bağlı açıqlamalar verən Kalın bildirib ki, ötən gün prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Azərbaycan-Ermənistan münaqişəsinə mövqeyini bir daha dilə gətirib.

Mətbuat katibi Ermənistanın Azərbaycana hücumları ilə bağlı bunları deyib: “1992-ci ildən bəri davam edən bir ixtilaf var. Təməlində isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dayanır. Burada işğalçı tərəf Ermənistandır. Minsk qrupu adlı bir quruluş mövcuddur. ABŞ, Fransa və Rusiyanın daxil olduğu. Bu günə qədər həll yolu tapa bilmədi. Hər birinin siyasi marağı oldu. Prezidentimizin yaşanması bizim Azərbaycanın yanında olmağımızdır. Cənab Putinə də bunu açıq şəkildə ifadə edib. Hətta “siz də Ermənistanla olan bu münasibətinizlə bu gərginliyi aradan qaldırın” dedi. “Orada Azərbaycanın mülki hədəflərini də vurarıq” açıqlamasını verən də Ermənistandır”.

Kalın qeyd edib ki, bu, diplomatik kanalların bağlanması demək deyil: “Deyə bilərəm ki, Putinlə telefon danışığı çox yaxşı nəticələrə gətirib çıxardı”. ( Publika.az)