Qərbi Afrika sahillərində tanker itib

Qərbi Afrika sahillərində  göyərtəsində 22 hind dənizçinin olduğu "Marine Express" tankeri itib.

ONN media “Daily Mail”-a  istinadən  xəbər verir ki, Panamada qeydiyyatdan keçən gəminin heyət üzvləri iki sutkadan artıqdır ki əlaqəyə çıxmırlar. 

Sonuncu dəfə onlardan informasiya tanker Benin sahillərində lövbər salarkən daxil olub.

Tankerdə 8,1 milyon dollarlıq 13,5 min ton neft olub.

Hindistanın Gəmiçilik Nazirliyi tankerin axtarışına kömək etmələri üçün Benin və Nigeriyanın rəsmi şəxslərinə müraciət ünvanlayıb.