Qəzzada 13 mindən çox insan həlak olub

İsrailin anklavı bombalamasından bəri Qəzza zolağında 13 mindən çox dinc fələstinli həlak olub.

ONN media xəbər verir ki, bu barədə Livanın LBC telekanalı məlumat yayıb.

“13 mindən çox insan İsrail təcavüzünün qurbanı olub, onlardan 5,5 mindən çoxu uşaq, 3,5 mini qadındır. Həmçinin 30 mindən çox yaralı var ki, onların da 75 faizindən çoxu uşaq və qadınlardır”, – deyə bildirilib.