Qəzzada ölənlərin sayı artdı

İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 25 700-ə çatıb.

ONN media xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların sayı isə 63 740-dır.

Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzada əməliyyatları nəticəsində 210 nəfər ölüb, 386 nəfər yaralanıb.