ONN İnformasiya Agentliyi

Qəzzaya dəyən ziyan açıqlandı

Qəzzaya dəyən ziyan açıqlandı
09 Mart 2024 - 18:53

Qəzza zolağının əhalisinin 90 faizi silahlı münaqişə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

ONN media xəbər verir ki, bu barədə anklavın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zolağa dəyən ümumi ziyan 30 milyard dollardan çoxdur. Bura yaşayış və digər binalara, infrastruktura, o cümlədən yol, elektrik, su və kanalizasiya şəbəkələrinə dəyən ziyan daxildir. Həmçinin, hesabata əsasən, münaqişə nəticəsində anklavda ölən, yaralanan və itkin düşənlərin ümumi sayı 110 min nəfəri ötüb.

Qeyd edək ki, daha öncə Misir Prezidenti Əbdülfəttah Sisi Qəzzanın bərpası üçün 90 milyard dollardan çox vəsaitin lazım olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png